Şənbə, 21 Dekabr 2024

“ZTE Blade V2021 5G” smartfonu təqdim edilib

ZTE” şirkəti “ZTE Blade V2021 5G” adlı yeni smartfonunu təqdim edib. “MediaTek Dimensity” prosessoru əsasında işləyən ucuz aparatın özəlliyi beşinci nəsil şəbəkələrinin dəstəklənməsi, tutumlu akkumulyator və əməli yaddaşın tutumunun artırılması olub.

 Cihaz 6,52 düymlük diaqonala malik və yeniləmə tezliyi 60 hers olan IPS displeylə təchiz edilib. Aparat “5G” modemlə təchiz edilmiş “MediaTek Dimensity 720” mobil platformasına malikdir.

Smartfon iki yaddaş konfiqurasiyasında əlçatandır: 4/64 QB və 6/128 (“microSD” yaddaş kartının köməyi ilə 512 QB-dək artırmaq mümkündür). Model “Bluetooth 5.1”, “Wi-Fi 802.11ac” modulları, həmçinin “USB Type-C” portu və qulaqlıqlar üçün 3,5 mm-lik konnektorla təchiz edilib.
 
Qurğunun arxa kamerası üç sensordan ibarətdir: 48 mp-lik f/1.79 diafraqmalı əsas, 8 mp-lik genişbucaqlı və makroçəkiliş üçün 2 mp-lik sensor. Selfi modul 8 mp-lik bir sensordan ibarətdir. “ZTE Blade V2021 5G” cihazı 4000 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib.
 Fiziki ölçüləri 165,9x75,8x8,9 mm, ağırlığı 188 qram olan cihaz 3 rəngdə əlçatandır: boz, göy və gümüşü. Smartfonun qiyməti konfiqurasiyadan asılı olaraq 152 və 213 dollar təşkil edir.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1353761
Bu gün
Bu həftə
Bu ay
Ümumi
1119
12133
33823
1353761
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.