Bazar, 22 Dekabr 2024

Səs-küy ləğv etmə xüsusiyyəti Google Meet-in mobil versiyalarında gəldi

Google, Meet xidmətinin Android və iOS versiyasına səs-küy ləğv etmə xüsusiyyəti gətirdi. Bulud əsaslı süni zəka dəstəyinə sahib olan xüsusiyyət, istifadəçi səsi xaricində hər şeyi süzməyə çalışır. Bundan əlavə, iclasın aparıcıları bundan sonra iştirakçıların hesabatlarını ala biləcəklər.

ABŞ mərkəzli texnologiya nəhəngi Google , getdikcə daha populyar olan Meet xidməti inkişaf etdirməyə davam edir.

 İstifadəçilərə bir araya gələrək görüşlər keçirməyə imkan verən xidmətə əlavə edilən son xüsusiyyət "səs-küy ləğvi" oldu. Həm Android, həm də iOS platformalarına əlavə edilən xüsusiyyət istifadəçi söhbətlərini daha hamar edir. Üstəlik Google Meet-in yeni xüsusiyyəti süni zəka dəstəyi ilə daha yaxşı bir təcrübə təmin edir.

Google şərhlərinə görə, süni intellekt cloud-based çalışaraq istifadəçi səsdən başqa hər şey  filterləyir . Üstəlik, bunlara klaviatura səsləri, qapıların açılış və bağlanma səsi və hətta tikinti səsləri artıq filtrlənə bilinir . Bu şəkildə istifadəçilər olduqları şərtlərdən asılı olmayaraq digər iştirakçıları narahat etməyəcəklər.

Google-a görə, Meet istifadəçiləri səs-küy ləğv etmə xüsusiyyətindən istifadə etmək üçün tətbiqetmədə " Digər " menyusunu  toxunmalıdırlar. Buradakı "Ayarlar" menyusunun altındakı " Səs ləğvi " seçimini aktivləşdirən istifadəçi, yeni Meet təcrübəsini yaşamağa başlayır. Google, yeni xüsusiyyətin varsayılan olaraq çıxdığını bildirir. Bu vaxt səs-küy ləğv etmə xüsusiyyətinin aktiv vəziyyətə gəlməsi bu gündən etibarən başladılıb və  bir neçə gün ərzində bu xüsusiyyətdən bütün istifadəçilər yararlana biləcək.

Google inkişaf etdiricilərinin görüşməyə hazırlaşdığı yeganə yeni xüsusiyyət səs-küyün ləğvi deyil. Gəliştiricilər tərəfindən hazırlanan yeni xüsusiyyət, Google Meet vasitəsilə məsafədən təhsil proseslərini həyata keçirən təhsil işçilərinə də təsir göstərir . Çünki bu yeni xüsusiyyət sayəsində görüş sahibləri 5 ilə 250 nəfərlik bütün görüşlər bitdikdən sonra iştirakçı hesabatı ala bilərlər. Bunu daha sadə izah etsək; müəllimlər artıq Google Meetli tələbə və şagirdləri dərsdə izləyə biləcəklər.Qeyd etmək lazımdır ki, Google Meet- in “iştirakçıların hesabatı” xüsusiyyəti olduqca ətraflıdır . İclas aparıcısı hesabatı açanda ad, soyad və e-poçt ünvanı kimi detallara öyrənə biləcək üstəlik istifadəçilər bu iclasagiriş və çıxış vaxtlarına da baxa biləcək. Səs-küy ləğv etmə xüsusiyyəti kimi, iştirakçı hesabatı xüsusiyyəti bu gündən etibarən aktivdir. Google bütün istifadəçilərin bir müddət sonra bu xüsusiyyətdən faydalana biləcəyini söyləyir.

 

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1354522
Bu gün
Bu həftə
Bu ay
Ümumi
258
12894
34584
1354522
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.