Bazar, 22 Dekabr 2024

Chrome brauzerinin mobil versiyasına əlavə təhlükəsizlik funksiyaları əlavə edilib

Müxtəlif saytlarda avtorizasiya prosesinin sadələşdirilməsi üçün nəzərdə tutulmuş şifrələrin avtomatik daxil edilməsi funksiyası Chrome brauzerinin təkcə desktop versiyasında deyil həmçinin mobil versiyasında da istifadəçilər arasında çox məşhurdur. Bu özəllikdən istifadə zamanı istifadəçi hesablarının oğurlanmaması üçün Chrome tərtibatçıları sözügedən brauzerin Android və iOS versiyalarına yeni təhlükəsizlik funksiyalarını əlavə ediblər. 

 Beləliklə Chrome-un yeni mobil versiyasına Touch ID və Face ID vasitəsilə əlavə verifikasiya üsulu əlavə edilib.

İstifadəçi hansısa saytda avtorizasiyadan keçmək üçün şifrənin avtomatik daxil edilməsi funksiyasından istifadə etdikdə brauzer ondan barmaq izi və ya üz skanı vasitəsilə əlavə daxil olmanı tələb edəcək. Android və iOS üçün olan Chrome versiyasında həmçinin şifrələr ilə loginlərin şifrələnmiş şəkildə saxlanması özəlliyi də mövcuddur.

    Google bildirib ki, bu konfidensial məlumatlar şirkət tərəfindən yığılmır və onlar şirkət serverlərində saxlanılmır. Məlumatların şifrələnməsi zamanı yalnız istifadəçi ilə məlum olan xüsusi şifrədən istifadə edilir. Buna görə də şirkətin verdiyi məlumata əsasən konfidensial məlumatların ələ keçirilməsi bu halda mənasızdır. Bununla yanaşı tərtibatçılar brauzerə hack edilmiş şifrələr barədə xəbərdarlıq funksiyasını əlavə ediblər. 

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1354533
Bu gün
Bu həftə
Bu ay
Ümumi
269
12905
34595
1354533
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.