Bazar, 20 Aprel 2025

Windows 10-un ARM versiyasına 64 bit-lik tətbiqlərin dəstəyi əlavə olunacaq

 

Windows 10-nun ARM versiyasının istifadəçilərinin ən çox qarşılaşdıqları problemlərdən biri də ənənəvi tətbiqlərin işə salınmamasıdır. Belə ki, həmin tətbiqlər yalnız 64 bit-lik versiyaya sahibdirlər. Sonunda Microsoft şirkəti əməliyyat sisteminin bu mənfi özəlliyinin aradan qaldırılacağını elan edib və bu mövzu üzrə yenilənmənin nə zaman təqdim olunacağını açıqlayıb.

Hal hazırda ARM çipinə sahib olan kompüterlər 32 bit-lik və ARM platforması üçün xüsusi olaraq hazırlanmış 64 bit-lik tətbiqləri dəstəkləyirlər.

    Bununla yanaşı həmin kompüterlər x86 tətbiqlərini də emulyasiya edə bilirlər. Microsoft-un verdiyi məlumata əsasən 64 bit-lik tətbiqlər üçün emulyasiya özəlliyi Windows 10-un insayderlər üçün olan versiyasında artıq gələn ay istifadəyə veriləcək. Bütün istifadəçilər üçün isə bu özəlliyin 2021-ci ilin ilk yarısında istifadəyə veriləcəyi gözlənilir. Bununla belə məlumatda qeyd olunub ki, bu cür emulyasiya Snapdragon 835-dən başlayaraq istənilən ARM çiplərdə istifadə oluna biləcək. 

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1564103
Bu gün
Bu həftə
Bu ay
Ümumi
237
14671
34222
1564103
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.