Bazar, 22 Dekabr 2024

TSMC şirkəti ilk 3 nanometrlik prosessorların nə zaman istifadəyə veriləcəyini açıqlayıb

 Mobil prosessorlar sahəsinin ən böyük istehsalçılarından biri olan TSMC 3 nanometrlik texnoloji proses əsasında hazırlanan yeni nəsil mobil çiplərin nə zaman istifadəyə veriləcəkləri barəsində danışıb. Bununla yanaşı hansı şirkətin bu prosessorları ilk əldə edəcəyi də məlum olub. Bu barədə Gizchina saytı xəbər verib. TSMC şirkətinin təmsilçilərinin məlumatlarına əsasən artıq gələn il 3 nanometrlik prosessorların test versiyaları təqdim olunacaqlar.

 

    Onların irimiqyaslı istehsalına isə 2022-ci ilin ikinci yarısında start veriləcək. Yeni növ mobil prosessorların ilkin partiyasını Apple şirkəti əldə edəcək. Qeyd etmək lazımdır ki, Apple şirkəti 2016-cı ildən TSMC ilə sıx əməkdaşlıqdadır. Hələ bir neçə müddət bundan öncə TSMC qeyd etmişdi ki, 5 nanometrlik prosessorlardan 3 nanometrlik prosessorlara keçid, tranzistorların sıxlıqlarını 70% yüksəltməyə imkan yaradır.

    Bununla belə prosessorların hesablama gücləri 10%-15% yüksəlir, enerji sərfiyyatları isə 25%-30% aşağı düşür. Bununla yanaşı şirkət həmçinin 2 nanometrlik texnoloji proses barəsində tədqiqatlar da aparır. Gözləntilərə əsasən şirkət 2 nanometrlik prosessorların testinə 2023-cü ildə, irimiqyaslı istehsalına isə 2024-cü ildə start verəcək.

 

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1354493
Bu gün
Bu həftə
Bu ay
Ümumi
229
12865
34555
1354493
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.