Cümə, 29 Mart 2024

“Vikipediya”nın veb-versiyasının dizaynı son 10 ildə ilk dəfə yenilənəcək

 “Vikipediya” onlayn ensiklopediyasının veb versiyasının dizaynı son 10 ildə ilk dəfə yenilənəcək. Bu haqda “Vikipediya” tərəfindən idarə olunan “Wikimedia Foundation” qeyri-kommersiya təşkilatının bloqunda yazılıb.

Veb-versiyanın yenidən dizayn edilməsi saytın yeni istifadəçilər üçün daha rahat edilməsi zərurəti ilə izah edilib.

Tərtibatçılar, həmçinin planlaşdırılmış dəyişikliklərdən bəzilərini ayrıca səhifədə nümayiş etdiriblər. Məsələn, yeni dizaynda oxunan məqalənin bölmələrinin əlavə menyusu olacaq ki, bu da naviqasiya üçün səhifənin əvvəlinə geri qayıtmamağa imkan verəcək. Bundan başqa, tərtibatçılar diqqəti yayındıran çoxlu sayda linkdən ibarət sol sütundan imtina edəcəklər. Müxtəlif dillər arasında keçid imkanı xeyli sadələşdiriləcək.

“Wikimedia Foundation” təşkilatının rəsmisi bildirib ki, planlaşdırılmış dəyişikliklər yoxlamadan sonra tədricən reallaşdırılacaq. Veb-versiyanın yenidən dizaynının 2021-ci ilin sonunadək tamamlanması gözlənilir.

 

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1042257
Bu gün
Bu həftə
Bu ay
Ümumi
620
4341
21301
1042257
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi