Çərşənbə axşamı, 23 Aprel 2024

“Zoom” xidmətinin “Android” versiyası yeni funksiyalar əldə edib

 

Bu il videokonfranslar üçün “Zoom” proqramı koronavirus pandemiyası fonunda çox böyük populyarlıq qazanıb. Platforma daima yeni funksiyalar əldə edir. Bu həftə “Zoom” xidməti “Android” mobil əməliyyat sistemi üçün öz proqramını yeniləyib.

Yeniliklər sırasında ilk növbədə virtual fon dəstəyini qeyd etmək lazımdır.

Bu yenilik istifadəçinin olduğu mühiti gizlətməyə, onu gözəl mənzərə və ya istənilən başqa şəkillə əvəz etməyə imkan verir. Bundan başqa, indi “Zoom” xidmətinin “Android” üçün proqramı səsin birgə istifadəsini, əlavə olaraq ekranın birgə istifadəsini dəstəkləyir. Həmçinin mobil proqramda bəzi səhvlər aradan qaldırılıb və məhsuldarlıq yüksəldilib.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1063928
Bu gün
Bu həftə
Bu ay
Ümumi
348
1732
19754
1063928
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi