Samsung tarixində ilk: Exynos 1000 çipseti Snapdragon 875-i testlərdə keçdi
Bir tərəfdə Exynos, bir tərəfdə Snapdragon. Bir tərəfdə Samsung, bir tərəfdə Qualcomm. Smartfon ekosistemində 2 böyük çipset istehsalçısı olan Samsung və Qualcomm-a məxsus Exynos-Snapdragon prosessorları həmişə rəqabətdə olublar. Həmişə Qualcomm Snapdragon çipsetləri həm performans olaraq, həm enerji istifadəsi olaraq Samsung Exynos-u qabaqlayıb. Lakin indi deyəsən vəziyyət dəyişir.
Geekbench performans testlərinin paylaşıldığı Koreyaya məxsus bir forumda paylaşılan məlumatlara görə birində Exynos 1000, digərində Snapdragon 875 çipseti olan 2 ədəd Galaxy S21 smartfonu müqayisə edilib. Əlavə olaraq Snapdragon 875 istifadə edən Xiaomi Mi 11 də testlərdə istifadə edilib. Exynos 1000 istifadə edən Galaxy S21 smartfonu performans testlərində həm tək nüvə, həm çox nüvə testlərində daha yüksək xal toplaya bilib. Beləki Exynos 1000 tək nüvə testində 1302 xal, çox nüvə testində isə 4250 xal toplayıb. Snapdragon 875 istifadə edən Galaxy S21 isə tək nüvə testində 1159 xal, çox nüvə testində isə 4090 xal toplayıb. Həmçinin Xiaomi Mi 11 smartfonu tək nüvə testində 1102 xal, çox nüvə testində 4113 xal toplayıb. Nəticələrdən göründüyü kimi Exynos 1000 çipseti daha güclü performans göstərə bilib.