“Samsung” 108 mp-lik yeni fotosensor təqdim edib
Cənubi Koreyanın texnologiya nəhəngi “Samsung” şirkəti smartfon kameraları üçün yeni “ISOCELL” sensorlarını təqdim edib.
Növbəti nəsil fotosensorların ölçüsü əvvəlkilərlə müqayisədə 15% kiçikdir. Bu, müasir smartfonlarda irəli çıxan fotomodulun ölçülərini kiçiltməyə imkan verəcək.
“ISOCELL JD1” adlı kiçik model ön modullarda istifadə üçün nəzərdə tutulub.
48 mp-lik “ISOCELL GM5” fotosensor telefoto və ya genişbucaqlı linzalarla işləmək üçün nəzərdə tutulub. 64 mp-lik “ISOCELL GW3” modeli smartfonlarda istifadə ediləcək və saniyədə 60 kadr sürətlə 4K formatında video çəkmək xüsusiyyətinə malikdir. Nəhayət, 108 mp-lik qabaqcıl “ISOCELL HM2” sensoru 9 pikseli 1 pikseldə birləşdirmək texnologiyası üzrə işləyir və şəklin keyfiyyətini itirmədən onu 3 dəfə böyüdə bilər.
Yeni kameralarla təchiz edilmiş smartfonlar artıq yaxın aylarda əlçatan olacaq.