Google Pixel 5 smartfon modelinin təqdimat tarixi rəsmi şəkildə elan edilib
Olmuş bir sıra məlumat sızıntılarından sonra Google şirkəti Pixel 5 smartfon modelinin təqdimat tarixini rəsmi şəkildə elan edib. Smartfon barəsində məlumatlar online rejimdə keçiriləcək təqdimatda veriləcək. Bu barədə Androidpolice saytı xəbər verib. Beləliklə şirkətin verdiyi məlumata əsasən smartfon 30 sentyabr tarixində təqdim olunacaq. Gözləntilərə əsasən təqdimat zamanı şirkətin digər yeni məhsulları da təqdim olunacaq. Söhbət, Sabrina kod adına sahib yeni Android TV-dən və Nest brendi altında smart səsgücləndiricidən gedir. Adətən şirkət Made by Google tədbirini oktyabr ayında keçirdirdi. Bu il isə şirkət təqdimat tədbirini sentyabr ayında keçirtməyi qərara alıb. Pixel 5 smartfonuna gəldikdə isə məlumat sızıntılarına əsasən o, Snapdragon 765G prosessoru, 8 GB RAM və 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.