Bazar, 22 Dekabr 2024

GoPro Hero 9 Black action kamerasının bütün özəllikləri barəsində məlumat verilib

Hələ təqdim olunmamış "GoPro Hero 9 Black action" kamerasının keçən həftə render fotoları təqdim olunmuşdu. Həmin fotolardan görmək olardı ki, yeni action kamera videobloqlar və selfie fotoların çəkilməsi üçün yenilənmiş ön ekran əldə edəcək. İndi isə GoPro Hero 9 Black kamerasının bütün özəllikləri sızdırılıb. Məlum olub ki, məşhur action kamera brendinin yeni modeli bir sıra geniş imkanlar əldə edəcək. Məlumata əsasən "GoPro Hero 9 Black" modeli 20 MP-lik sensor ilə təchiz olunacaq.

 

    Onun vasitəsilə o, saniyədə 30 kadr sürətlə 5K keyfiyyətində və 240 fps ilə slow-mo videolar çəkə biləcək. Bununla yanaşı kameranın HyperSmooth 3.0 texnologiyasının dəstəyini əldə edəcəyi gözlənilir. Onun sayəsində çəkilən təsvir daha hamar görünür. Bəzi məlumatlara əsasən "GoPro Hero 9 Black" vasitəsilə hətta RAW formatında fotolar da çəkmək mümkün olacaq.

 İnsayderlər xəbər veriblər ki, bütün bunlardan əlavə olaraq yeni action kamera stabilizasiya ilə timelapse videoların çəkilməsi üçün TimeWarp 3.0 texnologiyasını dəstəkləyəcək və hətta "GoPro Hero 9 Black" ilə 1080p keyfiyyətində canlı yayımlar da reallaşdırmaq mümkün olacaq. Batareya həcminə gəldikdə isə keçən ilki GoPro Hero 8 Black ilə müqayisədə yeni modelin batareya həcmi 41% (1720 mAh) yüksələcək. "GoPro Hero 9 Black" modelinin nə zaman satışa çıxacağı və hansı qiymətə satılacağı barəsində bir məlumat yoxdur. 

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1354449
Bu gün
Bu həftə
Bu ay
Ümumi
185
12821
34511
1354449
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.