Bazar, 22 Dekabr 2024

“Snapdragon 865+” prosessorlu ilk planşetin “5G” versiyası buraxılıb

“Samsung” şirkəti qabaqcıl “Galaxy Tab S7” planşetinin beşinci nəsil mobil rabitə şəbəkəsini dəstəkləyən versiyasını təqdim edib. Qurğu sentyabrın 18-dən etibarən 850 dollara satışa çıxarılacaq. “Galaxy Tab S7+” planşetinin “5G” versiyasının qiyməti isə 1050 dollar təşkil edəcək.

 Planşetlər “5G” dəstəyindən başqa əvvəllər buraxılan versiyalardan fərqlənmir. “Samsung Galaxy Tab S7” planşeti 2560 х 1600 piksel təsvir ölçülü 11 düym diaqonallı “IPS” ekranla təchiz edilib.

“Galaxy S7+” qurğusu 2800х1752 piksel təsvir ölçülü 12,4 düym diaqonallı “Super AMOLED” displeyə malikdir. Hər iki halda görüntünün yeniləmə tezliyi 120 giqahersə bərabərdir.

 Məlumata görə, “Android 10” əməliyyat sisteminin idarəetməsi ilə işləyən “Samsung Galaxy Tab S7” və “Galaxy Tab S7+” 6 giqabaytlıq operativ və 128 giqabaytlıq quraşdırılmış yaddaşla təchiz olunub. Akkumulyatorların tutumu müvafiq olaraq 8 min və 10 090 milliamper/saat təşkil edir.

 Planşetlərin ön kameraları 8 meqapiksellidir (F/2,0). Əsas kameraya 13 və 5 meqapikselli (F/2,0 və F/2,2) sensorlar quraşdırılıb. Hər iki qurğu “4K” təsvir ölçülü videonun saniyədə 30 kadr sürətlə yazılmasını dəstəkləyir.

Planşetlər “Wi-Fi 802.11ax” və “Bluetooth 5.0” modulları, “USB 3.1 Type-C” portu və böyük modeldə ekran səthi altına yerləşdirilən barmaq izi skaneri, eləcə də “S Pen” stilusu ilə təchiz edilib.

 

 

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1354500
Bu gün
Bu həftə
Bu ay
Ümumi
236
12872
34562
1354500
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.