Cümə axşamı, 18 Sentyabr 2025

Microsoft mətnlərin Windows-dan Android-ə ötürülməsi imkanını hazırlayır

Microsoft kompüter və smartfon sahibləri üçün faydalı bir funksiya hazırlayır. Hazırlanan funksiya Windows əməliyyat sistemli kompüterdəki mətni kopyalayıb onu birbaşa Android cihazına yerləşdirməyə imkan verəcək. Bu həll istifadəçiləri qeydləri messencerlər, e-poçt və digər servis vasitəsilə göndərmək vərdişindən xilas edəcək. Funksiyanın işləməsi üçün hər iki cihazda eyni Microsoft hesabına daxil olmaq, smartfonu kompüterlə Mobile devices bölməsi vasitəsilə əlaqələndirmək və Android-ə Link to Windows tətbiqini quraşdırmaq lazım olacaq.   Bundan sonra Windows parametrlərində Mobile Devices bölməsində Access PC’s Clipboard adlı açar görünəcək və bu, mübadilə buferinin sinxronizasiyasını aktivləşdirəcək.

Funksiya Windows Dev-də sınaqdan keçirilir. Funksiya aktivləşdirildikdə kompüterdə kopyalanan hər hansı mətn avtomatik olaraq Android smartfonunun klaviaturasında görünəcək. Bu yalnız Gboard ilə deyil, həm də Samsung Keyboard və digər oxşar klaviaturalarla işləyir. Maraqlıdır ki, sinxronizasiya ilk dəfə 1 ay əvvəl ortaya çıxmışdı, lakin bu imkan tez bir zamanda söndürülmüşdü. Funksiyanın geri qaytarılması onun hazır olduğuna işarə edir.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1778389
Bu gün
Bu həftə
Bu ay
Ümumi
712
6393
24416
1778389
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.