Google, ötən il Play Store-da 2.36 milyon riskli proqramı bloklayıb!
Google bildirib ki, ötən il yəni 2024-cü ildə 2.36 milyon riskli Android proqramını Play Store tətbiq mağazasından silib. Bundan əlavə, o, təxminən 158,000 zərərli tərtibatçı hesabını bloklayıb. Şirkətdən verilən rəsmi açıqlamaya görə, təhlillər nəticəsində bu tətbiqlərin təxminən 92%-nin süni intellektdən dəstək aldığı görülüb. Bildirilib ki, bu, daha sürətli və dəqiq addımlar atmağa imkan verir və tətbiqlərin Google Play-də əlçatan olmasına mane olur. Ümumiyyətlə, Google hər il nə qədər zərərli tətbiqi blokladığını açıqlayır və bu sayı durmadan artır. Məsələn, 2023-cü ildə 2,28 milyon proqram bloklanıb.
Müqayisə etdikdə görərik ki, bu il bloklanan proqram və ya tətbiqlərin sayı 3,50% artıb. Qeyd edək ki, 2022-ci ildə bloklanmış tətbiqlərin sayı təxminən 1,5 milyon olub. Yəni son iki ildə android proqramlar tərəfində risk qorxulu həddə belə çatıb. Google isə hələlik bu proqramlara bağlı atdığı addımları bizlərə açıqlamayıb.