Çərşənbə, 06 Noyabr 2024

Yaxın zamanlarda Google-a daxil olmaq üçün üz skanı tələb olunacaq!

Dünyaca məşhur texnologiya nəhəngi, xüsusilə telefon oğrularına qarşı istifadəçilərini qorumaq üçün inkişaf etdirdiyi bu yeni sistemi ilk dəfə Google Chrome brauzerində sınaqdan keçirəcək. Sistem, oğruların PIN kodunuzu görsələr belə, həssas məlumatlarınıza girişini əngəlləyəcək şəkildə dizayn edilib. Bu xüsusiyyətlə birlikdə, etibarlı məkanlardan kənarda olduğunuz təyin edildikdə, Chrome brauzerindəki ödəniş məlumatlarına, inkoqnito səhiflərinə və sinxronizasiya ayarlarına daxil olmaq üçün üz tanıma və ya barmaq izi kimi biometrik təsdiq tələb olunacaq. Bu halda, PIN kodu və ya şifrə kimi alternativ doğrulama üsulları dərhal ləğv ediləcək və təhlükəsizlik ən yüksək səviyyəyə qaldırılacaq.

 

Chrome mütəxəssisi Leopeva64-ün kəşf etdiyi kod dəyişiklikləri, xüsusiyyətin Android 15 QPR1 versiyası ilə təqdim olunacağını göstərir. Google-un bu funksiyanı 2024-cü ilin dekabrında istifadəyə verəcəyi və Play Services vasitəsilə server tərəfli yeniləmə ilə istifadəçilərə çatdırmağı planlaşdıracağı gözlənilir. Google-un bu addımı, Apple-ın yaxın zamanda elan etdiyi "Oğurlanmış Cihaz Qorunması" xüsusiyyəti ilə oxşarlıqlar göstərir. Texnologiya nəhənglərinin istifadəçi təhlükəsizliyini artırmaq mövzusundakı bu həssaslığı bəzi qrupları məmnun etsə də, öz cihazında hesaba giriş etmək üçün bu qədər mürəkkəb proseslərdən keçmək istəməyən istifadəçiləri indidən narahat edib.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

 

 

 

 

 

 

 

© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.