Çərşənbə, 06 Noyabr 2024

Sındırılması mümkünsüz olan kvant rabitəsi, getdikcə reallığa yaxınlaşır!

 Alimlər, kvant rabitə şəbəkəsində məlumatların təhlükəsiz ötürülməsi üçün istifadə oluna bilən işıq hissəcikləri yarada bilən qeyri-adi parlaq işıq mənbəyi hazırlayıblar.

 Kvant interneti, dolaşıq foton cütlərindən istifadə edərək məlumat ötürə bilər. Bu fotonlar, kvant mexanikasının qəribə qanunlarına uyğun olaraq zaman və məkandan asılı olmayaraq məlumat paylaşa bilir. Dolaşıq fotonlarda kodlanmış məlumatlar, yüksək sürətlə ötürülə bildiyi halda, “kvant koherensiyası” adlanan vəziyyət sayəsində məlumatlar tutulmaz hala gəlir.Bununla belə, kvant internetinin qurulmasında ən böyük problemlərdən biri məsafə artdıqca bu fotonların gücünün zəifləməsidir.

Buna görə də uğurlu kvant interneti üçün fotonlar dolanışığı itirmədən uzun məsafələrə daşına bilməlidir.

 Kvant rabitəsində böyük bir irəliləyiş olsa da, kvant internetinin tezliklə reallaşacağı gözlənilmir. Çünki bu texnologiyalar, hələ eksperimental və inkişaf mərhələsindədir. Tədqiqatda istifadə olunan foton emitentini istehsal etmək üçün zəhərli xammallara, xüsusilə arsenik kimi maddələrə ehtiyac var. Bu, miqyaslılıqla bağlı təhlükəsizlik narahatlıqlarını artırır.

 

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

 

 

 

 

 

 

 

© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.