Bazar ertəsi, 04 Mart 2024

Google Drive istifadəçilərinin faylları yoxa çıxıb

Google Drive servisinin istifadəçiləri öz fayllarının yoxa çıxması problemi ilə qarşılaşıblar. Bu problemlə qarşılaşmış istifadəçilərin sözlərinə əsasən onların faylları Google Drive servisindən tamamilə yoxa çıxıblar. Daha dəqiq desək, istifadəçilər fayllara giriş imkanından məhrum olublar və onların Google Drive hesablarındakı qovluqlar strukturu 2023-cü ilin may ayındakı struktura geri qayıdıb. Google məsələ ilə bağlı araşdırmaya start verdiyini bildirib. Şirkət istifadəçilərə Google Drive hesablarında hər hansısa dəyişikliyi etməməyi məsləhət görüb. İstifadəçilərdən biri qeyd edib ki, onun bu ilin may ayından sonra yaratmış olduğu faylların hamısı servisdən yoxa çıxıb. Fayllar nə qovluqlarda nə də zibil qutusundadırlar.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

 

 

 

 

 

 

 

© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi