Bazar, 21 İyul 2024

Gələn aydan Whatsapp fayllarının ehtiyat kopyaları Google Drive-da yaddaş yeri tutmağa başlayacaqlar

Son 5 ildə Whatsapp-ın Android versiyasının istifadəçiləri Google Drive-da öz fayllarının ehtiyat kopyalarını pulsuz şəkildə saxlaya bilirdilər. Bura həmçinin foto və videolar da daxil idi. Belə ki, sözügedən fayllar sadəcə olaraq Google Drive-da yaddaş yeri tutmurdular. Lakin Google və Whatsapp elan edib ki, artıq gələn aydan başlayaraq Whatsapp-ın Android versiyası istifadəçilərinin sahib olduqları faylların ehtiyat kopyaları Google Drive-da müəyyən yaddaş yerini tutmağa başlayacaqlar. Bu, istifadəçilərin Google Drive-da istifadə etdikləri tarif planının növündən asılı olmayaraq reallaşacaq.
Bu yeni qərar ilk öncə Whatsapp-ın beta versiyalarının istifadəçilərini əhatə edəcək. 2024-cü ilin ortasından başlayaraq isə messencerin Android versiyasının bütün istifadəçilərinə aid olacaq. Messencer bu yeni qərarı əhatə edəcək istifadəçilərə 30 gün öncədən bildiriş göndərəcək.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

 

 

 

 

 

 

 

© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi