Şənbə, 27 İyul 2024

Azərbaycanda bulud texnologiyaları sahəsində trendlər mövzusunda tədbir keçiriləcək

Oktyabrın 7-də Bakıda “Azərbaycanda bulud texnologiyaları sahəsində trendlər” mövzusunda tədbir keçiriləcək.

Tədbir İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi, “Sabah.Hub” və “Elcore” şirkətinin sponsorluğu ilə “Startup Grind Baku” tərəfindən təşkil olunacaq.

Azərbaycanda bulud texnologiyalarının inkişafı, özündə informasiya texnologiyalarının genişlənməsi və modernləşdirilməsini nəzərdə tutan dövlət proqramları və strateji yanaşmaların bir nəticəsidir.

Bu, şirkətlərə və təşkilatlara qurumlararası əməkdaşlıq və texnologiya təminatını artırmağa imkan verir. Bulud texnologiyaları, infrastrukturun və proqramların təminatını artıraraq və istifadəçilərə çoxsaylı mobil və digər cihazlar üzərindən giriş imkanı verərək, iş proseslərini sürətləndirir və əlaqələri gücləndirir.

Mövzunun müzakirəsini “Elcore” şirkətinin biznesin inkişafı üzrə meneceri Ramiz Aliyev, “Ericsson” şirkətinin bulud dəstəyi və inteqrasiya üzrə mühəndisi Malik Mammadli və “AzIntelekom” şirkətinin kommersiya departamentinin direktoru Fərrux Fərəcullayev həyata keçirəcəklər. Panel sessiyasında kloud texnologiyalarında olan ən son trendlər barədə məlumat veriləcək, həmçinin iştirakçıların sualları cavablandırılacaq.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

 

 

 

 

 

 

 

© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi