Cümə, 02 Dekabr 2022

Avropa Birliyi data mərkəzləri kosmosda yerləşdirmək istəyir

Avropa Birliyi iqlim dəyişiklikləri ilə daha effektiv şəkildə mübarizə aparmaq üçün məlumatların emalı mərkəzlərini (data mərkəzlər) kosmosa göndərmək istəyir. Bu layihə ilə Thales Alenia Space adlı şirkət məşğul olacaq. Sözügedən şirkət aerokosmik məhsulların istehsalı ilə məşğul olur. Məlumatların həcmlərinin yüksəlməsi bütün dünyada yeni data mərkəzlərinin istifadəyə verilməsinə gətirib çıxarır. Bu isə öz növbəsində ekologiyaya ciddi təsir göstərir.

  Bu səbəbdən də Avropa Birliyi gələcək data mərkəzlər üçün alternativ variantlar axtarışındadır. Bu üsulla qlobal istiləşməni aşağı salmaq planlaşdırılır. ASCEND adlı təşəbbüs çərçivəsində data mərkəzlərin kosmosda yerləşdirilməsi imkanı detallı şəkildə araşdırılacaq.

 Bu öz növbəsində Avropa Birliyinin 2050-ci ilə kimi karbon neytrallığına çatmasına şərait yarada bilər. Bu layihə Avropa Birliyinin tədqiqatlar və innovasiyalar üzrə sayca 9-cu olan “Horizon Europe” adlı proqramına daxildir. Sözügedən proqram 7 il müddətinə (2020-2027) nəzərdə tutulub və onun büdcəsi 95.5 milyard avro təşkil edir. ASCEND təşəbbüsünə isə artıq 2 milyon avro dəyərində qrant ayrılıb. Thales Alenia Space adlı şirkət öz növbəsində data mərkəzlərin kosmosda yerləşdirilməsinin nə dərəcədə məqsədəuyğun olduğunu qiymətləndirəccək.

    Bu layihədə Thales Alenia Space şirkətindən əlavə olaraq İT, kosmik texnika və digər sahələrdə fəaliyyət göstərən şirkətlər də iştirak edəcəklər. Texniki tərəfdən məlumdur ki, potensial olaraq kosmosda yerləşdiriləcək data mərkəzlər öz enerjilərini Günəşdən əldə edəcəklər. Data mərkəzlərdən məlumatların ötürülməsində isə yüksək sürətli şəbəkə kanallarından istifadə ediləcək. Lakin hələ ki, nəhəng ölçülü data mərkəzlərin kosmik raketlərin daxilində yerləşdirilməsi üçün kompakt modullara necə çevirmək lazım olduğu məlum deyil. Bununla yanaşı kosmosda yerləşəcək data mərkəzlərin təmiri ilə xidmətlərinin necə reallaşdırılacağı da aydın deyil. Ola bilər ki, bu cür proseslər robotlar vasitəsilə reallaşdırılsın.

 

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nakhinternet.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

 

 

 

 

 

 

 

© 2020. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi