Şənbə, 02 İyul 2022

Azərbaycanda “Google Pay”dən istifadə mümkün olacaq - Tarix açıqlandı

İyuldan etibarən “Google pay” (GPay) ödəmə sistemi Azərbaycanda aktiv olacaq.

Məlumata görə, platformanın Azərbaycanda aktivləşdirilməsi üçün işlər yekunlaşıb:

“Aprel ayında bununla bağlı “Google” ilə razılığa gəldik. Həmçinin “Visa” və “MasterCard” beynəlxalq ödəmə texnologiyası şirkətləri ilə də anlaşmışıq. Azərbaycan tərəfi olaraq üzərimizə düşən bütün işləri görmüşük. Yalnız qarşı tərəfin bununla bağlı qərar verməsi qalıb. Bizə bildirilib ki, iyul ayında “Google Pay” Azərbaycanda aktivləşəcək.

Amma yenə də onlardan qaynaqlanan səbəblərdən proses bir ay yubana bilər. Amma avqustdan o tərəfə keçməyəcək və biz bu yay “Google Pay”dən yararlana biləcəyik”.

Mənbənin sözlərinə görə, “Samsung Pay” və “Pay Pal” kimi ödəmə platformalarının tezliklə aktivləşməsi planda yoxdur.

Qeyd edək ki, “Google Pay” 2015-ci ilin sentyabrın 11-də yaradılmış ödəmə sistemidir və “Android” platformasında olan mobil telefonlar, planşetlər və digər ağıllı cihazlarda çalışır.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nakhinternet.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

 

 

 

 

 

 

 

© 2020. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi