Cümə, 28 Yanvar 2022

Honor şirkəti Honor 60 və Honor 60 Pro smartfonlarını təqdim edib - QİYMƏTİ

Honor şirkəti öz yeni flaqman smartfonları olan Honor 60 və Honor 60 Pro-nu təqdim edib. Sözügedən smartfonlar öz aralarında həm xarici həm də texniki özəlliklər baxımından fərqlənirlər. İlk öncə adi Honor 60-a nəzər salaq. Honor 60 modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.67 düym OLED ekran ilə təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşir. Bununla yanaşı adi Honor 60 modelinin kənar hissələri əyilmiş dizaynda reallaşdırılıb. Qeyd etmək lazımdır ki, barmaq izi skanı texnologiyası hər iki modeldə ekrana inteqrasiya edilib.

Əsas texniki özəlliklərə gəldikdə isə adi Honor 60 modeli 8 nüvəli Snapdragon 778G prosessoru, 8/12 GB RAM, 128\256 GB daxili yaddaş həcmi, 108 MP (f/1.9 diafraqma) + 8 MP (f/2.2 diafraqma, 112 dərəcə bucaq təsviri) + 2 MP (f/2.4 diafraqma) üçlü arxa kamera və 32 MP-lik (f/2.4 diafraqma, 1080p videoların çəkilişi) ön kamera ilə təchiz olunub.

  Honor 60 Pro isə 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.78 düym OLED ekran ilə təchiz olunub. Honor 60 Pro-da da ön kamera ekranın yuxarı mərkəz hissəsindəki çıxıntı daxilinə yerləşdirilib. Lakin adi Honor 60-dan fərqli olaraq Honor 60 Pro-nun hər 4 tərəfi əyilmiş dizaynda reallaşdırılıb. Texniki özəlliklər baxımından Honor 60 Pro modeli 8 nüvəli Snapdragon 778G+ prosessoru, 8/12 GB RAM, 256 GB daxili yaddaş həcmi, 108 MP (f/1.9 diafraqma) + 50 MP (f/2.2 diafraqma, 122 dərəcə bucaq təsviri) + 2 MP (f/2.4 diafraqma) üçlü arxa kamera və 50 MP-lik (f/2.4 diafraqma, 100 dərəcə bucaq təsviri, 4K videoların çəkilişi) ön kamera ilə təchiz olunub.

  Hər iki smartfon 66 vatt gücündə sürətli şarj texnologiyalı 4800 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Məlumata əsasən smartfonlar 50% enerjini 15 dəqiqə ərzində yığırlar. Smartfonlar həmçinin NFC texnologiyasına da sahibdirlər. Honor 60 modelləri Çin bazarında 10 dekabr tarixində satışa çıxacaqlar. Onların qlobal bazarda satışa çıxıb-çıxmayacaqları barəsində məlumat yoxdur. Smartfonların satış qiymətləri aşağıdakı kimidir:

- 8 GB RAM-a və 128 GB yaddaşa sahib Honor 60 - 424$

- 8 GB RAM-a və 256 GB yaddaşa sahib Honor 60 - 471$

- 12 GB RAM-a və 256 GB yaddaşa sahib Honor 60 - 518$

- 8 GB RAM-a və 128 GB yaddaşa sahib Honor 60 Pro - 581$

- 12 GB RAM-a və 256 GB yaddaşa sahib Honor 60 Pro - 628$.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nakhinternet.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

 

 

 

 

 

 

 

© 2020. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi