Çərşənbə axşamı, 11 May 2021

Apple şirkəti M2 ARM prosessorunun istehsalına start verib

 

Apple şirkəti bu ay özünün yeni ARM prosessorunun irimiqyaslı istehsalına start verib. Söhbət, Apple M2 ARM prosessorundan gedir və o, hələ keçən il təqdim olunmuş M1 prosessorunun davamçısı olacaq. Qeyd etmək lazımdır ki, Apple şirkətinin M1 prosessoru artıq MacBook AirMacBook ProMac mini, iMac və iPad Pro kimi məhsullarda istifadə edilir. Məlumatda qeyd edilib ki, Apple M2 prosessoru 3 ay ərzində Tayvanın TSMC şirkətinin zavodlarında istehsal olunacaq. Əgər hər şey yolunda getsə, yeni prosessorların ilk partiyası yay fəslinin ortasında təhvil veriləcək.

Məlumata əsasən M2 prosessorunu ilk olaraq 14 düym və 16 düym ekranlara sahib MacBook Pro modelləri əldə edəcəklər. Həmin noutbuklar bu ilin ikinci yarısında təqdim olunmalıdırlar. Bununla yanaşı 27 düym ekrana sahib iMac modelinin də Apple M2 ilə təchiz olunacağı gözlənilir. Həmin iMac modelinin isə nə zaman təqdim olunacağı barəsində bir məlumat yoxdur.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nakhinternet.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

 

 

 

 

 

 

 

© 2020. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi