Cümə, 13 İyun 2025

Süni zəka ilk dəfə dronların yarışında insanları geridə qoyub

Niderlandın Delft Texniki Universitetindən bir qrup alim avtopilot rejimində işləyən dronlar sahəsində əlamətdar bir hadisəni qeyd edib. Belə ki, süni zəka tərəfindən idarə olunan uçan aparat beynəlxalq yarışda ilk dəfə insan pilotları qabaqlaya bilib. Bu hadisə 2025-ci ildə Əbu-Dabidə keçirilmiş A2RL Drone Championship yarışında baş verib. Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında yerləşən böyük və əyri konstruksiyalı məkanda dron yarışlarına həsr olunmuş iki nüfuzlu tədbir keçirilib. Falcon Cup Finals yarışında bir-birilə insan pilotları mübarizə aparıblar.

A2RL Drone Championship isə süni zəka tərəfindən idarə olunan ən sürətli dronların nümayişi olub.A2RL Grand Challenge mərhələsində isə ən yaxşı insan pilotlar ilə ən inkişaf etmiş süni zəka naviqasiya sistemləri qarşı-qarşıya gəliblər. Yarışın mütləq qalibi isə niderlandlı mühəndislər tərəfindən hazırlanmış aparat olub. Onların uğurunun əsas səbəbi saniyənin mində birində effektiv idarəetmə qabiliyyətinə malik şəkildə incəliklə tənzimlənmiş süni zəka olub. Yarış dar və döngəli trasda keçirilib, burada dronlar 95.8 km/saat sürətə qədər sürətləniblər. Belə yüksək sürətlərdə hər bir hərəkət son dərəcə dəqiq olmalı, səhvlərə isə yer verilməməlidir. Süni zəka ilə idarə olunan dronlara bəzi texniki məhdudiyyətlər tətbiq olunub. Onlar yalnız bir kamera və bir hərəkət sensoru ilə təchiz olunub ki, bu da insanlarla bərabər şərtlərin təmin edilməsi üçün edilib.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

 

 

 

 

 

 

 

© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.